Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. "Nəsimi” metrostansiyasının yaxınlığında 2001-ci il təvəllüdlü Məmmədova Sara Qəzənfər qızını avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.