RU
“Bakıda dəhşətli avtoqəza” maşın ikiyə bölündü ölənlər var FOTO VİDEO
03:07
414

“Bakıda dəhşətli avtoqəza” maşın ikiyə bölündü ölənlər var FOTO VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

7news.az oxu.az a istinadən xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Belə ki, "Tofaş” və "Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə iki nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Hadisə zamanı "Tofaş” iki hissəyə bölünüb, "Hyundai” isə işıq dirəyinə çırpılaraq deformasiyaya uğrayıb.

Əraziyə PPX və DYP əməkdaşları cəlb edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.


 

 









BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ