RU
Bakıda dəhşətli hadisədə yaralanan 38 yaşlı kişi öldü
14:30
420

Bakıda dəhşətli hadisədə yaralanan 38 yaşlı kişi öldü

Oktyabrın 28-nə keçən gecə Bakının Nərimanov rayonu ərazisində - Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmirloyu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) baş vermiş ağır qəzada yaralanan sürücü ölüb.

 Yolun ortasındakı dirəyə çırpılan "Mercedes E Class” markalı 99 FT 150 nömrə-nişanlı avtomobili idarə edən 38 yaşlı sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./publika

 

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ