RU
Bakıda dəhşətli intihar — Kişi özünü yaşadığı binanın damından atdı- YENİLƏNİB
12:45
590

Bakıda dəhşətli intihar — Kişi özünü yaşadığı binanın damından atdı- YENİLƏNİB

Bakıda dəhşətli intihar hadisəsi baş verib. 

7news.Az lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan 1980-cı il təvəllüdlü Hacıyev Tural Müzəffər oğlu özünü doqquzmərtəbəli binanın damından ataraq həyatına son qoyub.

Bildirilir ki, T.Hacıyev hadisə baş verən binanın 2-ci mərtəbəsində yaşayıb və 9-cu mərtəbəyə qalxandan sonra nərdivanla binanın damına çıxıb və çox keçmədən özünü atıb.

Bir müddət əvvəl həyat yoldaşından ayrılan 37 yaşlı Turalın işsiz olduğu, ata-anası ilə birgə yaşadığı məlum olub. Valideynləri hadisədən o, özünü binadan atandan sonra xəbər tutublar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
----

Bakıda intihar olub.

Hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Tural Müzəffər oğlu Hacıyev yaşadığı binanın damından özünü atıb. Nəticədə  o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
 
İntiharın səbəbləri hələlik məlum deyil. Onun spirtli içki aludəçisi olduğu bildirilir.   
 
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. /apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ