RU
Bakıda DƏHŞƏTLİ QƏTL: 20 yaşlı oğlan iki qohumunun başını kəsdi
12:15
579

Bakıda DƏHŞƏTLİ QƏTL: 20 yaşlı oğlan iki qohumunun başını kəsdi

Astara sakini öz qohumu olan 2 nəfəri qətlə yetirib, 1 nəfəri isə ağır yaralayıb. Hadisə Bakının Nərimanov rayonun Montin qəsəbəsində qeydə alınıb.

7News.az xəbər verir ki, salamnews-a verilən məlumata görə, qəsəbə sakini Lətifə Qasımovanın yaşadığı evə gələn Astara rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Azər Nəriman oğlu Cəfərov ev sahibəsinə - 1962-ci il təvəllüdlü L.Qasımovaya bıçaqla xəsarət yetirib, onun övladları - 2001-ci il təvəllüdlü Saqil Səxavət oğlu Qasımzadə və 1991-ci il təvəllüdlü Fərizə Səxavət qızı Qasımzadəni boğaz nahiyəsini kəsməklə qətlə yetirib. Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Nərimanov Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A.Cəfərov tutularkən L.Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, zərərçəkən L.Qasımova hadisəni törədən A.Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olub.//big
 

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ