RU
Bakıda DƏHŞƏTLİ QƏZA - Piyadanın boynu üzüldü - YENİLƏNİB
17:16
449

Bakıda DƏHŞƏTLİ QƏZA - Piyadanın boynu üzüldü - YENİLƏNİB

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

7News.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində İsa Ağazadə "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən qəfil qarşısına piyada çıxıb. Sürücü maşını saxlaya bilmədiyindən 48 yaşlı İsmayıl Səmədovu vurub.

İsa Ağazadə - sürücü: "Ani anda qabağıma çıxdı. Görsəm, ayağımı əyləcə atardım. Göz qırpımında oldu".

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər. Hadisə barədə polisə məlumat verilib. Sürücü İsa Ağazadə saxlanılıb.

Faktla əlaqədar cinayət işi açılıb.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ