RU
Bakıda DƏHŞƏTLİ QƏZA: sərnişin avtobusu qatarla toqquşdu - VİDEO
15:09
736

Bakıda DƏHŞƏTLİ QƏZA: sərnişin avtobusu qatarla toqquşdu - VİDEO

Bakının Xəzər rayonu Binə qəsəbəsində qatar 160 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidməyinin mütəxəssisi Səfayə Əhmədova Publika.az-a bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 10 təcili yardım briqadası göndərilib.

"İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlar Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılardan biri yolda dünyasını dəyişib. Hazırda briqadalarımız hadisə yerindədir”.

 

Qeyd edək ki, hadisə barədə ilk olaraq unikal.org saytı məlumat yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ