Bakıda baş verən qəzada ölənlərin sayı artıb.
Bunu 7News.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, qəza zamanı iki nəfər ölüb:
"Onlardan biri 13 yaşlı məktəbli, digər isə 60 yaşlı kişi olub. Qəza zamanı 40 nəfər xəsarət alıb”.
Səhiyyə Nazirliyindən 7News.Az-a verilən məlumata görə, Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunun yük qatarı ilə toqquşması nəticəsində yaralananlardan 12 nəfəri hazırda xəstəxanada müalicə alır:
"Onlardan beş nəfəri reanimasiyadadır. Yaralılardan altı nəfəri Klinik Tibbi Mərkəzə müraciət edib. İki nəfərə yerində yardım göstərilib, dörd nəfərin müalicəsi davam etdirilir”.
7News.Az








