RU
Bakıda dəhşətli yol qəzası - 3-ü uşaq olmaqla, 5 nəfər...
10:30
329

Bakıda dəhşətli yol qəzası - 3-ü uşaq olmaqla, 5 nəfər...

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 7News.Az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin "VAZ-2107" markalı avtomobillə toqquşması nəticəsində Şəbiyeva Əsma Aydın qızı (2 yaş), Şəbiyev Hüseynəli Aydın oğlu (6 yaş), Eyvazlı Məsumə Hüseyn qızı (4 yaş) habelə azyaşlıların anası Şəbiyeva Ülviyyə Yaşar qızı (1992-ci il təvəllüdlü) və azyaşlıların nənəsi Əbdülkərimova Şəhla Hacı qızı (1969-cu il) xəsarət alıblar.

Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Əməliyyat ediliblər.

Qeyd edək ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.

 

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ