RU
Bakıda dələduzlara qarşı əməliyyat
13:49
432

Bakıda dələduzlara qarşı əməliyyat

BPİ məlumat yaydı.

Bakıda dələduzluq edən şəxslər tutulub.

Bakı şəhəri Baş Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə axtarışda olan 1980-ci il təvəllüdlü İlqar Şirinov tutulub.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 28-də Bakı şəhər sakinləri - Əbdülağa Musayevin etibarından sui istifadə edərək 200 manat alaraq dələduzluqda şübhəli bilinən 1965-ci il təvəllüdlü Vüqar Nadirov saxlanılıb.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1982-ci il təvəllüdlü Elxan Əliyev tutulub.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1954-cü il təvəllüdlü Zərxanım Məmmədova tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1989-cu il təvəllüdlü Nəbi Osmanov tutulub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ