RU
Bakıda dəniz atları satışa çıxarıldı
10:39
622

Bakıda dəniz atları satışa çıxarıldı

İlk dəfədir Azərbaycana gətirilən dəniz atlarının xüsusiyyətləri ağlasığmazdır.  Nə qədər qəribə olsa da, bu heyvanlarda dişi deyil, erkək fərd bala verir.

Dəniz atlarının əsas özəlliklərindən biri də, cütlüklərin bir-birinə sadiq olmasıdır.

Dəniz atları əsasən isti dənizlərdə yaşayır. Balıq növü hesab edilsə də, fərqlənirlər.  Çünki, dəniz atları şaquli dayanır və çox ləng üzürlər. Sürətlərindən  fərqli olaraq isə, gözləri həddindən artıq itidir, hətta qaranlıqda belə yaxşı görə bilirlər.  Buna görə də dəniz atları ovlarını qaranlıqda edirlər.

Qeyd edək ki, bu dəniz atları Bakıya satış üçün gətirilib. Qiymətinə gəlincə, sahibi bunun kommersiya sirri olduğunu deyir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ