Bu gün Bakıxanov qəsəbəsində ehtiyatsızlıqdan faciə baş verəcəkdi.
Hadisə günorta saatlarında olub. Həyət evlərinin birində yarımçıq tikilidə təmir işləri gedən zaman divar uçub. Yarımçıq tikilinin divarının uçması nəticəsində orada çalışan 2 usta xəsarət alıb.
Ustalar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Xoşbəxtlikdən hadisə zamanı onların aldıqları xəsarət çox da ciddi olmayıb./olke.az
7news.Az








