RU
Bakıda dostunu öldürən gəncin məhkəməsi başlayıb
11:32
555

Bakıda dostunu öldürən gəncin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Xəyal Şabanovun (1992-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və ya satma) maddələri ilə cinayət işi üzrə hazırlıq iclası keçirilib.

7news.az xəbər verir ki, bu il iyulun 26-na keçən gecə Binə qəsəbəsinin Südçülük massivindən Lerik rayon sakini Əyyar Ağayev (1991-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylıı şəhər klinik xəstəxanasın gətirilib, lakin həkimlərin müdaxiləsinə baxmayaraq yaralanan gəncin həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumat əsasında araşdırmaya başlayan Xəzər RPİ 2-ci polis bölməsinin əməkdaşları müəyyən ediblər ki, Ağayevi bıçaqla qətlə yetirib hadisə yerini tərk edən şəxs, qəsəbədə yaşayan Xəyal Şabanovdur. Həmin gecə o, saxlanaraq istintaqa təqdim edilib.

İstintaqın gedişatında Xəyal Şabanov cinayət əməlini etiraf etməklə, bildirib ki Əyyar Ağayevlə dostluq münasibəti olub. Həmin axşam aralarında şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində mübahisə yaranıb, dostu onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir etdiyi üçün Xəyalı görüşə çağırıb və onunla "kişi" kimi danışmaq istəyib. Görüşə gedərkən özü ilə bıçaq götürən Şabanov dava vaxtı Ağayevə iki xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hazırlıq iclasında məhkəmənin tərkibi elan olunub və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 1-ə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ