RU
Bakıda dörd avtomobil qəzaya uğradı: Xəsarət alan var - FOTO/VİDEO
12:30
248

Bakıda dörd avtomobil qəzaya uğradı: Xəsarət alan var - FOTO/VİDEO

Paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Xətai prospektində baş verib.

Belə ki, "Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətə çıxaraq manevr etmək istəyib.

 

Bu zaman həmin avtomobilin sürücüsü sükana nəzarəti itirərək maşınını "Renault” markalı nəqliyyat vasitəsinə çırpıb. Zərbənin gücündən "Renault” yol kənarında dayanan digər "Mercedes-Benz” markalı maşına dəyib. Zərbə o qədər güclü olub ki, sonuncu avtomobil də "Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində "Renault”da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ