RU
Bakıda DYP-yə məxsus avtomobil qəza törətdi
13:00
698

Bakıda DYP-yə məxsus avtomobil qəza törətdi

Bakıda yol polisi avtomobili sığorta şirkətinə məxsus avtomaşınla toqquşub.

7news.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus, polis inspektoru Nizami Məmmədovun idarə etdiyi 99 YP 496 dövlət qeydiyyat nişanlı avtomobil "Azsığorta” ASC-ə məxsus, Natiq Məmmədovun idarə etdiyi "Toyota Prado” markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ