RU
Bakıda əcnəbi yaşadığı evdə qarət edildi
19:20
554

Bakıda əcnəbi yaşadığı evdə qarət edildi

Bakının Nərimanov rayonunda əcnəbi yaşadığı kirayə evdə qarət olunub.

7news.Az Teleqraf.com-a istinadən xəbər verir ki, mənzillərdən birində kirayə yaşayan Pakistan vətəndaşı Sajid Alinin qızıl, məişət və geyim əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Atabəy Novruzlu saxlanılıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ