RU
Bakıda əfqan qız binadan yıxılaraq öldü
09:36
1019

Bakıda əfqan qız binadan yıxılaraq öldü

F. Ezatullahi qaçqın statusu almışdır.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

7News.Az xəbər verir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. 

Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ