Gecə saatlarında paytaxtda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
7News.Az-ın məlumatına görə, qəza Bakının Papanin körpüsü adlanan ərazisində baş verib.
Körpünün alt keçidində əks yola çıxan 99-ND-056 dövlət nömrə nişanlı "Niva” markalı avtomobil səkiyə çırpılıb.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlib. Qəzadan sonra yolda tıxac yaranıb.
Hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.
7News.Az








