Ölkə liderləri KİV üçün bəyanat verəcəklər.
Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Petr Poroşenkonun Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü başladı.
7News.Az “İntyerfaks-Ukrayna”ya istinadən xəbər verir ki, prezidentlərin təkbətək görüşündən sonra onların sədrliyi ilə Ukrayna və Azərbaycan prezidentləri Şurasının 5-ci iclası başlayacaq.
İclasın nəticələrinə görə, ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Əsasən, Ukrayna və Azərbaycan prezidentləri Şurasının 5-ci iclasının protokolunun, iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə daşınma zamanı gömrük qayda pozuntuları ilə mübarizə sahəsində sənədin, eləcə də iki ölkənin mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramının imzalanması gözlənilir.
Sənədlərin imzalanmasından sonra iki ölkə lideri KİV üçün bəyanat verəcək.
7News.Az








