RU
Bakıda ər-arvadı avtomobili vurdu, biri öldü - VİDEO - FOTO
15:10
283

Bakıda ər-arvadı avtomobili vurdu, biri öldü - VİDEO - FOTO

Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Günəşli qəsəbəsində baş verib.

Piyada keçidindən keçən, 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı  1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını "Mitsubishi" markalı avtomobil vurub. 

C.Nərimanova xəstəxanaya çatdırılıb. N.Nərimanov isə hadisə yerində ölüb. Avtotexniki ekspertiza təyin edilib. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ