RU
Bakıda ər arvadını bıçaqladı - VİDEO
10:10
460

Bakıda ər arvadını bıçaqladı - VİDEO

Gecə saatlarında paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi olub.

 2002-ci il təvəllüdlü Fəttayev İbrahim Rafiq oğlu şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İ.Fəttayevə döş qəfəsinin arxa səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti qənaətbəxşdir.

Daha bir bıçaqlanma hadisəsi isə Türkan qəsəbəsində baş verib. Ər 1980-ci il təvəllüdlü həyat yoldaşı Babayeva Cəmilə Yaşar qızını bıçaqlayıb. 

Yaralı təcili olaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. C.Babayevaya bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ