RU
Bakıda ev sahibinin qızı mənzildən oğurluq etdi - 12 min manat
14:54
643

Bakıda ev sahibinin qızı mənzildən oğurluq etdi - 12 min manat

Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12 min manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

DİN-dən 7news.Az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri ilə oğurluğun ev sahibinin qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yarandığından o, polis əməkdaşları tərəfindən saxlanılıb.

İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ