RU
Bakıda ev yaran Gürcüstan vətəndaşlarına 32 İL HƏBS
11:50
425

Bakıda ev yaran Gürcüstan vətəndaşlarına 32 İL HƏBS

Oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları - İrakli Bujalava, Ramil Bayramov və Gelandiya Zazanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ. Bujalava 12 il, G. Zaza 11 il, R. Bayramov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda mənzillərdən oğurluq etməkdə ittiham edilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ