RU
Bakıda evdə 76 yaşlı qadının meyiti tapılıb
18:00
808

Bakıda evdə 76 yaşlı qadının meyiti tapılıb

Bakı şəhərində mənzildə meyit aşkar edilib.

7NEWS.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədova Zərqələm Əjdər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ