RU
Bakıda evdən 10 min aparan cani tutuldu
12:07
512

Bakıda evdən 10 min aparan cani tutuldu

Əzimovu Yasamal polisi tutub.

Bakının Yasamal rayonunda yerləşən mənzildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oğurluq hadisəsi Həzi Məmmədova məxsus evdə qeydə alınıb.

Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Ramin Əzimov mənzilə daxil olaraq orada olan 4000 AZN-i, 1000 ABŞ dollarını və 5000 manat dəyərində qızıl zinyət əşyalarını oğurlayıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Əzimov tutulub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ