RU
Bakıda evdən 10 minlik qızıl oğurlandı
13:51
890

Bakıda evdən 10 minlik qızıl oğurlandı

Oğru kilidi sındırıb.

Bakı şəhəri, Sabunçu rayonunda mənzildən oğurluq olub.

7news.Az “Report”-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsində yaşayan 56 yaşlı Həsən Əliyevə məxsus mənzilin qapısının kilidi sındırılıb.

Mənzildən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ