RU
Bakıda evdən 20 min dollar və 80 min manatlıq qızıl oğurlanıb
12:30
327

Bakıda evdən 20 min dollar və 80 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.


7news.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədova polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
 
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb. 
 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ