RU
Bakıda evdən 30 min manatlıq qızıl oğurlayanlar ələ keçdi - FOTO
17:35
438

Bakıda evdən 30 min manatlıq qızıl oğurlayanlar ələ keçdi - FOTO

Fevralın 3-də paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzildən oğurluq edilib.

Bu barədə 7News.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30 min manat olan qızıl-zinət əşyaları, iki ədəd televizor və noutbuk oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, Ə.Xankişiyeva və A.Heybətov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarından müəyyən hissəsini satıblar. 

Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızl-zinət əşyaları, həmçinin, hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb. 

Ə.Xankişiyeva və A.Heydərov istintaqa verdikləri ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ