Bakının Sulutəpə qəsəbəsində evdən 1000 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.








