RU
Bakıda evə basqın edərək quldurluq edən qadınların məhkəməsi başlayır
20:50
673

Bakıda evə basqın edərək quldurluq edən qadınların məhkəməsi başlayır

Bakıda evə basqın edərək quldurluq etməkdə təqsirli bilinən Səma Əsədova və Dilək İbrahimovanın cinayət işi üzrə ibtidai sitntaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası oktyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən evlərdən birində yaşayan vətəndaş Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verərək bildirib ki, 25 may 2021-ci il tarixində gecə saat 04 radələrində evinə daxil olan 2 nəfər naməlum şəxs onun bədəninin müxtəlif nahiyyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışıblar.

Hadisə ilə bağlı dərhal Sabunçu Rayon Polis İdarəsi və 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Səma Əsədova və paytaxt sakini Dilək İbrahimova saxlanılıb. Hər iki şəxs törətdikləri hadisəni etiraf edib. Hadisə zamanı Səma Əsədova və Dilək İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus "Mitsubishi” markalı avtomobilin açarlarını götürüblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ