Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.
7NEWS.Az xəbər verir ki, ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23 000 ABŞ dolları, 700 manat, 81.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.
7NEWS.Az








