RU
Bakıda evlərə çirkli su verilir
12:30
1338

Bakıda evlərə çirkli su verilir

Ötən gün Nərimanov rayonu, Ağa Nemətulla küçəsindəki evlərə palçıqlı su verilib.

Bu barədə qeyd edilən ünvanda yaşayan “Space” TV-nin əməkdaşı Zamira Dadaşova facebookda yazıb. Aparıcı verilmiş suyun görüntüsünü də videoya çəkərək səhifəsində paylaşıb.
“Bizə verilən su... Dəhşətdir. Aparıb “Azərsu”nun rəhbərinə verəcəyəm, övladları ilə içsin”.

Z. Dadaşova “Qafqazinfo”ya açıqlamasında dünənə nisbətən bu gün səhər suyun rəngində yaxşılaşma müşahidə etdiyini qeyd edib.

Qeyd edək ki, hazırda “Azərsu” məsələni araşdırır. /qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ