İki gün əvvəl gənc qız Bakıda dəm qazından zəhərlənərək dünyasını dəyişib.
7news.Az criminal.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində kirayədə yaşayan Neftçala sakini, 22 yaşlı Aydın Beytulla qızı Səfərova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Ötən gün A.Səfərova dəfn olunub. Onun dəfn zamanı çəkilmiş fotosu yayılıb. A.Səfərovanın toy xonçası məzarına qoyulub.
7news.Az








