Hadisə Yasamal rayonunda qeydə alınıb.
7news.Az-ın məlumatına görə, "TMF” MMC-nin inşa etdiyi binada çalışan fəhlə Quliyev Şaiq Səfa oğlu hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən fəhlənin vəziyyəti ağırdır.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.
7news.Az








