10:06
Təxminən yarım saat əvvəl Dərnəgül yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
7News.Az-ın ölkə.az-a istinadən məlumatına görə, "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən 99-XL-927 "Ford" markalı yük avtomobili yolun hərəkət hissəsindən keçən piyadanı vurub.
Əraziyə dərhal yol polisi və təcili yardım çağırılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, təcili yardım çağırılandan xeyli gec gəlib.
Bu arada hadisəni kənardan izləyən vətəndaşlar zarafatlarından da qalmayıblar. Təcili yardımın hadisə yerinə gecikdiyini deyən adamı çəkmək istəyən əməkdaşımıza "məni yox e, onu çək" deyərək dişlərini ağardan şəxsin görüntülərini təqdim edirik.
09:24
Bakıda yol qəzası baş verib.
7News.Az trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
99 XL 927 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili yolda idarəetməni itirərək qarşısındakı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.
Qəza səbəbindən yolda tıxac yaranıb.
7News.Az












