RU
Bakıda “Formula 1” günləri üçün hava proqnozu açıqlanıb
17:50
218

Bakıda “Formula 1” günləri üçün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında "Formula 1” günlərində hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz olacaq.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq: "Mülayim cənub küləyi əsəcək. Aprelin 30-da mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun günorta saatlarında 23-28 dərəcə olacağı gözlənilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ