RU
Bakıda
22:31
809

Bakıda "Galendewagen" "KİA"nı vurub bu hala saldı

Bu gün saat 15:30 radələrində Bakının Nərimanovu ərazisində - Teymur Əliyev küçəsində ağır yol qəzası baş verib. Ağ rəngli "Mercedes Galendewagen" markalı avtomobillə "KİA Sportage" markalı avtomobil toqquşub.

7news.az xəbər verir ki, avtosfer.az-ıın məlumatına görə, hadisə şahidləri qəzanın dönmə əməliyyatı zamanı baş verdiyini bildiriblər. Belə ki, "KİA" həmin ərazidə dönmə əməliyyatı aparan zaman yüksək sürətlə hərəkət edən "Galendewagen" onu tən ortadan vurub. Zərbənin təsirindən "KİA" yerində bir neçə dəfə dövrə vuraraq səkiyə çıxıb və divara dəyərək dayanıb. Avtomobilin, demək olar ki, hər yeri əzilib, sol tərəfdəki təkərlərin ikisi də qırılıb. "Galendewagen"in isə yalnız ön tərəfi bir qədər əzilib.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları gəlib. Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

7news.az

Bakıda "Galendewagen" "KİA"nı vurub bu hala saldı - FOTO

 

Bakıda "Galendewagen" "KİA"nı vurub bu hala saldı - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ