7News.az-ın məlumatına görə, millət vəkili Aydın Mirzəzadə körpənin səhhəti ilə maraqlanmaq üçün onun yerləşdirildiyi K.Fərəcova adına Respublika Elmi-Tədqiqat Pediatriya İnstitutuna gedib. Həkimlər bildiriblər ki, körpə tapılanda təqribən 3-4 saat imiş ki, dünyaya gəlibmiş. Göbəyi kəsilmədən və heç nəyə bükülmədən o karton qutuya qoyularaq 5-6 dərəcə hərarətli havada zibilxanaya atılıb. Həmin körpə Pediatriya İnstitutuna gətiriləndə onun temperaturu 32 dərəcəyə düşübmüş. Yarım saat da geciksəydilər onun bədəninin temperaturu daha aşağı düşüb ürəyi dayancaqmış.
Qız uşağının taleyi Səhiyyə Nazirliyinin ciddi nəzarətinə götürülüb. İnstitutun reanimasiya şöbəsində aparılan operativ müalicə nəticəsində bu gün artıq körpənin temperaturu bərpa edilib, süni qidalamaya qoşulub. Körpə güclü soyuqlama aldığından bir müddət müəlicəyə ehtiyacı var. Hazırda körpənin vəziyyəti stabil orta-ağırdır.//big.az








