Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb.
7News.az FHN-ə istinadən xəbər verir ki, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 94 m2 olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 82 m2 sahədə yanıb. Evin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın saat 03:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
7News.az







