RU
Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO
10:30
417

Bakıda gecə 4 avtomobilin toqquşduğu ağır qəzadan görüntülər - VİDEO

Bakının Nərimanov rayonunda 4 avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 

7News.Az BAKU TV-yə istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində, Bağırov körpüsü kimi tanınan tuneldə qeydə alınıb. 

Prospektlə hərəkətdə olan iki "Toyota" və "Opel" markalı avtomobillər olmaqla ümumilikdə 4 nəqliyyat vasitəsi toqquşub. 

İlkin məlumata görə, hadisə nəticəsində 1986-cı il təvəllüdlü Əliyev Nemət Rasim oğlu, 1982-ci il təvəllüdlü Kazım Quliyev və Verdiyev Samir Sahib oğlu xəsarət alıblar. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. 

Ə. Nemətə qapalı kəllə-beyin travması və baş-beyin əzilməsi, Q. Kazıma isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları qoyulub. 

Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq müşahidə edilib. 

Faktla bağlı araşdırma aparılır. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ