RU
Bakıda gənc kişidən iyrənc əməl - Ahıl qonşusuna təcavüz etdi
16:20
438

Bakıda gənc kişidən iyrənc əməl - Ahıl qonşusuna təcavüz etdi

Bakının Xətai rayonunda yaşlı qadın zorlanıb. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlardan məlumat daxil olub.

Hadisə iyulun 23-də Naximov küçəsindəki evlərdən birində baş verib. 1957-ci il təvəllüdlü V.K. 35-ci Polis Bölməsinə müraciət edərək, Vüqar adlı tanışı tərəfindən zorlandığını bildirib.

Onun sözlərinə görə, kişi onun evinə gələrək, tək olmasından istifadə edib və onu zorlayıb. 

35-ci Polis Bölməsinin əməkdaşları hadisədə şübhəli bilinən şəxsi saxlayıb. O, zərərçəkmişin 29 yaşlı qonşusu olub (adı müəyyən səbəblərə görə açıqlanmır). 

Hazırda faktla bağlı araşdırmalar aparılır. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ