RU
Bakıda gənc oğlan həyatına qəsd etdi
10:23
332

Bakıda gənc oğlan həyatına qəsd etdi

125-ci maddə ilə cinayət işi başlanıb.

Bakıda intihar hadisəsi baş verib.

7News.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Cavad Cəfərov Qaz Emalı Zavoduna məxsus evin həyətində özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ