Bakıda gənc oğlan yaşadığı evin həyətində bıçaqlanıb.
Hadisə Keşlə qəsəbəsində baş verib.
Yenikənd 2012 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 2000-ci il təvəllüdlü Əzizov Musa Rövşən oğlu naməlum səbəbdən tanıdığı şəxsin hücumuna məruz qalıb. O, ayaq nahiyələrindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
7news.Az








