RU
Bakıda gənc oğlanı bıçaqladılar - VİDEO
10:10
492

Bakıda gənc oğlanı bıçaqladılar - VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma olub.

7News.Az xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmmədkərimov Sənan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Zərərçəkən 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. S. Məmmədkərimov əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ