RU
Bakıda gənc qadın özünü binadan atmaq istədi, son anda xilas olundu - ANBAAN VİDEO
17:40
298

Bakıda gənc qadın özünü binadan atmaq istədi, son anda xilas olundu - ANBAAN VİDEO

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyası yaxınlığında gənc qadın intihara cəhd edib.

7News.Az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətt"inə məlumat veriblər.

 

Bildirilir ki, yaşı təxminən 35 olan Aynurə adlı qadın Əli Vəliyev 7 ünvanında yerləşən 9 mərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyib.

Əraziyə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları cəlb olunub. Qadın polis əməkdaşlarının səyi nəticəsində fikrindən daşındırılıb və xilas edilib.

Faktla bağlı araşdırma aparılır.



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ