RU
Bakıda güclü yanğın: Müştərilər restorandan çıxarıldı - Video
14:40
226

Bakıda güclü yanğın: Müştərilər restorandan çıxarıldı - Video

Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 100 m² olan restoranın bacasında yağ qalıqları yanıb. Bu barədə Oxu24.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Restoranın qalan hissəsi və tutumu 50 litr olan 1 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ