Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
7news.Az report.az-a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Tağıyev Xəqani Füzuli oğlu "1-ci Mədən" kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.
Mübahisə bıçaqlanma ilə sona çatıb. O, bədənin kəsilmiş-deşilmiş yaraları ilə 1 saylı Kliniki Tibbi Mərkəzə qəbul edilib.
Yaralı cərrahi əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi araşdırma aparır.
7news.Az








