Bakıda gözəllik salonlarından kosmetik ləvazimatlar oğurlamaqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Bu barədə 7News.AzDaxili İşlər Nazirliyindən məlumata verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 22-nə keçən gecə F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən müşahidə kamerası və kosmetik ləvazimatlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.
7News.Az








