RU
Bakıda hansı rayon məktəblərinin imtahanlarda zəif nəticə göstərdiyi açıqlanıb - SİYAHI
13:10
224

Bakıda hansı rayon məktəblərinin imtahanlarda zəif nəticə göstərdiyi açıqlanıb - SİYAHI

Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: "4 rayonda məktəblərin nəticələri aşağı olub. Buraya Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ