RU
Bakıda hava küləkli olacaq
14:15
566

Bakıda hava küləkli olacaq

35 dərəcə isti olacaq

Sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, cənub-qərb  küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35 dərəcə, dağlıq rayonlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. /oxu.az 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ